Bakıda polis bölməsinin rəisi işdən çıxarılıb.
Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Məhəmməd Əhmədbəyli vəzifəsindən azad olunub.
Digər əmrlə o, rayon Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.