Vilayət Eyvazov
05 fevral 2022 13:04 (UTC +04:00)

Vilayət Eyvazov

Vilayət Eyvazov generalı işdən çıxardı - FOTO

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Mirqafar Seyidov təqaüdə göndərilib.

Lent.az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, 57 yaşlı general-mayor M. Seyidov Daxili İşlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.

Faktı DİN mətbuat xidməti Lent.az-a təsdiqləyib.

Qeyd edək ki, M. Seyidov uzun müddət Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi və Bakı şəhər Baş Polis İdarəsinin rəisi olub. 2020-ci ildə Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin edilib.

Mirqafar Seyidov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7548
avatar

Mehman Nəbiyev

Oxşar yazılar