Bəzi rayonlarda polis rəisləri dəyişdirilib.
Lent.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmrlər imzalayıb.
Əmrlərə əsasən, Goranboy Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ramin Qədirov tutduğu vəzifədən azad edilərək Sabirabad Rayon Polis Şöbəsinin rəisi, Hacıqabul Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Məmməd Hüseynov vəzifəsindən azad edilərək Goranboy Rayon Polis Şöbəsinin rəisi, Ağsu Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Fəxrəddin Abbasov vəzifəsindən azad edilərək Qəbələ Rayon Polis Şöbəsinin rəisi vəzifələrinə təyin ediliblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumatı Lent.az-a təsdiqləyib.