Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi olmuş Əbdürrəhman Vəzirov vəfat edib.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, Ə. Vəzirov yanvarın 10-da səhər saatlarında 91 yaşında Moskvada dünyasını dəyişib.
Ə.Vəzirov 1988–1990-cı illərdə Azərbaycan SSRİ Kommunist Partiyası MK-nın 13-cü birinci katibi, SSRİ-nin Nepalda (1979–1985) və Pakistanda (1985–1988) fövqəladə və səlahiyyətli səfiri olub.