Mayın 16-da saat 20 radələrində Naxçıvan şəhəri ərazisində Babək rayon sakini A.Niftəliyev idarə etdiyi “Great Wall” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən şəhər sakini Xəyal İsmayılovu vurub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumaat görə, xəstəxanaya yerləşdirilən X.İsmayılov mayın 17-də orada ölüb.
Faktla bağlı Naxçıvan şəhər Polis İdarəsində araşdırma aparılır.