Velosiped üstündə 14 yaşlı oğlan qatil oldu  - VİDEO
04 sentyabr 2023 10:08 (UTC +04:00)

Velosiped üstündə 14 yaşlı oğlan qatil oldu - VİDEO

Velosiped üstündə mübahisə qanla bitib, gənclərdən biri digərini bıçaqla xəsarət yetirərək  öldürüb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. İki gəncin arasında velosipedi dəyişmək üstündə mübahisə yaranıb. Velosipedindən əl çəkmək istəməyən 19 yaşlı oğlanı 14 yaşlı yeniyetmə bıçaqlayıb. Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan gənc dünyasını dəyişib.

Qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb, araşdırma aparılır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2172

Oxşar yazılar