Vəkillər yeni binaya köçəcək
08 fevral 2021 17:15 (UTC +04:00)

Vəkillər yeni binaya köçəcək

Vəkillər Kollegiyasının sədri Anar Bağırov yaxın zamanlarda Kollegiyanın yeni ofis binası ilə təmin olunacağını bildirib.

Lent.az xəbər verir ki, o, bu barədə özünün “Facebook” hesabında məlumat paylaşıb. Sədrin sözlərinə görə, yeni binanın hazırlanması üçün dəfələrlə aidiyyatı orqanlara müraciət edib:

“Əziz dostlar!

Vəkillər Kollegiyasının Rəyasət Heyəti üçün Bakı şəhərində binanın ayrılması məqsədilə tərəfimdən aidiyyəti dövlət qurumlarına son 3 il ərzində çox sayda müraciətlər göndərilib, danışıqlar aparılıb. İndiyədək təklif olunan yerlər obyektiv səbəblərdən Rəyasət Heyətini əsasən qane etməyib. Hal-hazırda Nazirlər Kabineti tərəfindən bu problemin tezliklə həlli üçün zəruri tədbirlər görülür.

İnanıram ki, tez zamanda Vəkillər Kollegiyası Bakı şəhərində normal fəaliyyəti üçün bütün vəkillərin evi sayılacaq müasir tələblərə cavab verən mərkəzi ofis binası ilə təmin olunacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1752
avatar

Oxşar yazılar