Valideynləri ilə dalaşan oğul evi yandırdı
01 aprel 2021 16:22 (UTC +04:00)

Valideynləri ilə dalaşan oğul evi yandırdı

Türkiyənin Kocaeli vilayətində valideynləri dalaşıb evi yandıran şəxs saxlanılıb.

Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gecə şəhərin İzmit qəsəbəsində baş verib. Psixoloji problemləri olan Fərhad adlı şəxs xəstə bacısına baş çəkdiyi üçün valideynləri ilə dalaşıb və yaşadıqları evi yandırıb. Bundan sonra isə o, polisə xəbər verərək qaçıb.

Polis əməkdaşlarının keçirdikləri axtarış tədbirləri ilə psixoloji problemləri olduğu deyilən Fərhad saxlanılıb.

# 1761
avatar

Mehman Nəbiyev

Oxşar yazılar