Valideynlər  yeni doğulan   qızı öldürdülər
20 noyabr 2023 14:50 (UTC +04:00)

Valideynlər yeni doğulan qızı öldürdülər

Omsk vilayətinin Tavriçeski rayonunun Strela yaşayış məntəqəsində yatan valideynlər yeni doğulmuş qızlarını əzib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, qadın uşağı əri ilə öz arasına divanda qoyub yuxuya gedib. Bir neçə saat sonra o, qızın nəfəs almadığını aşkar edib. Bundan sonra cütlük təcili yardım çağırıb.

Həkimlər körpəni xilas edə bilməyiblər. Mənbə bildirib ki, 23 yaşlı ana və 27 yaşlı atanın beş və üç yaşlı qızları da var.

Ailə başçısı əvvəllər oğurluğa görə məhkum olunub. Omsk müstəntiqləri hadisə ilə bağlı cinayət işi açıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4095
avatar

Oxşar yazılar