Nijni Novqorod vilayətində uşaq hovuzda boğulub.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Kstovo şəhərində baş verib. Uşağın hovuzda ölməsi ilə bağlı cinayət işi başlanıb. Bu barədə Nijni Novqorod vilayəti üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
İstintaqın məlumatına görə, oktyabrın 5-də şəhər hovuzlarından birində üzgüçülük dərsi keçərkən 5 yaşlı uşaq məşqçinin gözündən kənarda qalıb və boğulub. Məşqçi heyəti uşağa ilkin tibbi yardım göstərməyə çalışsa da, hadisə yerinə gələn təcili tibbi yardım briqadası azyaşlının öldüyünü bildirib.
Hazırda araşdırma aparılır.