Tovuzda 9 aylıq uşağın üstünə qaynar su tökülüb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə hadisə rayonun Dönük Qırıqlı kəndində qeydə alınıb.
2021-ci il təvəllüdlü Mehdiyev Adəm Ruhin oğlu 3 dərəcəli ağır yanıq xəsarəti ilə Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Körpəyə lazımi tibbi yardım göstərilib, vəziyyəti ağır olduğundan Bakıda şəhər 5 saylı xəstəxanasına aparılır.