Ustaya borcunu ödəmək üçün inək oğurladı
06 dekabr 2021 08:36 (UTC +04:00)

Ustaya borcunu ödəmək üçün inək oğurladı

Ağdaş rayonu Pirəzə kənd qəbiristanlığından məzarların ətrafında olan dəmir məhəccərlərin, eləcə də generator və təmir-tikinti alətlərinin oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə,  hadisə ilə bağlı polisə məlumat daxil olan kimi dərhal araşdırmalara başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Goranboy rayonunun Qarasuçu kənd sakinləri Kənan Həsənov və Abil Bayramov qısa müddət ərazində müəyyən olunaraq saxlanılıblar. Araşdırma zamanı saxlanılan şəxslərin həmkəndliləri Elşad Quliyevlə əvvəlcədən əlbir olub, Ağdaş rayonunun Kotavan və Xınaqlı kəndlərinin örüş sahələrindən iki baş iribuynuzlu heyvanı da oğurladıqları məlum olub. Keçirilmiş tədbirlərlə E.Quliyev də tutularaq istintaqa təhvil verilib.

Həmin şəxslər ifadələrində oğurladıqları dəmir məhəccərləri Şəmkir, iribuynuzlu heyvanları isə K.Həsənovun icarə əsasında idarə etdiyi “Ford” markalı yük avtomobili ilə Bərdə və Gəncə şəhərlərindəki mal heyvan bazarlarına aparıb, orada dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Oğurluq etmələrinə səbəb kimi “Ford” markalı avtomobili əvvəlcədən təmir edən ustaya borclu olmalarını əsas gətiriblər.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

# 1389
avatar

Oxşar yazılar

Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ

Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ

28 mart 2024 , 18:03
Mingəçevirdə yataqxanada yanğın - VİDEO

Mingəçevirdə yataqxanada yanğın - VİDEO

28 mart 2024 , 18:02
Taleh Qaraşovun qardaşı oğluna AĞIR CƏZA

Taleh Qaraşovun qardaşı oğluna AĞIR CƏZA

28 mart 2024 , 17:08
Bakıda evdən  meyit   tapıldı

Bakıda evdən meyit tapıldı

28 mart 2024 , 16:23
Qadın 6 min dollardan çox pulu  pəncərədən   atdı

Qadın 6 min dollardan çox pulu pəncərədən atdı

28 mart 2024 , 16:12
Azad Rəhimovun oğlu dindirildi - Bakı Şəhər Halqasında korrupsiya

Azad Rəhimovun oğlu dindirildi - Bakı Şəhər Halqasında korrupsiya

28 mart 2024 , 15:44
Ata  qızlarını güllələyib   intihar etdi

Ata qızlarını güllələyib intihar etdi

28 mart 2024 , 14:33
Bakıda küçədən naməlum MEYİT TAPILDI

Bakıda küçədən naməlum MEYİT TAPILDI

28 mart 2024 , 14:11