Uşaq evində 3 yaşlı qız qaynar suda yandı
12 may 2023 11:00 (UTC +04:00)

Uşaq evində 3 yaşlı qız qaynar suda yandı

0

Sankt-Peterburqda Psixonevroloji uşaq evinin tibb bacısı 3 yaşlı qızı çimdirərkən təsadüfən qaynar su ilə yandırıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, uşaq evində hadisə mayın 1-də baş verib. On gün sonra isə müəssisənin əməkdaşları tibbi yardım istəyiblər. Körpənin ayağına üçüncü dərəcəli yanıq diaqnozu qoyulub.

Məlum olub ki, qız gigiyena prosedurları zamanı xəsarət alıb. 55 yaşlı tibb bacısı səhvən uşağı qaynar su ilə yandırıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2004

Oxşar yazılar