Uşaq baxçasında kütləvi ZƏHƏRLƏNMƏ
15 sentyabr 2023 09:20 (UTC +04:00)

Uşaq baxçasında kütləvi ZƏHƏRLƏNMƏ

0

Özbəkistanın Daşkənd vilayətində uşaq bağçalarından birində kütləvi zəhərlənmə baş verib.

Lent.az xəbər verir ki, bu barədə ölkənin Sanitariya-Epidemioloji Rifah və Əhalinin Sağlamlığı Komitəsinin Telegram kanalında məlumat verilib.

Məlumatda deyilir ki, 24 uşaq qida zəhərlənməsi və ya mədənin funksional pozğunluğu diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlardan 7-nə ilkin tibbi yardım göstərilib və evə göndərilib.

Məktəbəqədər və Məktəbəqədər Təhsil Nazirliyindən verilən məlumata görə, zəhərlənənlərin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Qeyd olunur ki, hazırda bağçanın işi dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2495

Oxşar yazılar