Sankt-Peterburq Sənaye texnologiyaları və dizayn universitetinin mühafizəçisi insan cəsədi tapıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, asayiş keşikçisi ərazini gəzəndə həyat əlaməti olmayan bir adam tapıb. O, boynundan hasara bağlanmış vəziyyətdə olub. Hələlik həmin şəxsin kimliyini müəyyən etmək mümkün olmayıb, üzərində heç bir sənəd tapılmayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni araşdırır, zorakılıq əlamətləri aşkar edilməyib.