Martın 24-də Xarkovda humanitar yardım üçün növbəyə duran insanlar atəşə tutulub.
Lent.az Ukrayna KİV-nə istinadla bildirir ki, bu barədə Xarkov Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.
Hadisə akademik Pavlov küçəsində qeydə alınıb.
"Ruslar Xarkov sakinlərinin humanitar yardım aldığı Yeni poçt məntəqəsini uzaqmənzilli silahlardan atəşə tutublar. İlkin məlumatlara görə, 6 dinc sakin həlak olub, daha 15 nəfər yaralanıb”, - Sinequbov bildirib.
Yaralılar xəstəxanalara yerləşdirilib. Ölənlərin sayı dəqiqləşdirilir.