Ukraynada həlak olan dinc sakinlərin  SAYI
06 mart 2022 15:05 (UTC +04:00)

Ukraynada həlak olan dinc sakinlərin SAYI

Fevralın 24-də Rusiya hərbi müdaxiləsi başlayandan bəri Ukraynada 350-dən çox dinc sakin həlak olub, daha 707 nəfər yaralanıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu məlumatı BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının idarəsi təqdim edib.

Ölənlər arasında 28 uşağın olduğu da qeyd edilir.

Regionlar üzrə statistika

• Donetsk və Luqansk vilayətlərində 471 qurban qeydə alınıb (86 ölü və 385 yaralı). O cümlədən, 355-i Ukraynanın nəzarətində olan ərazilərdə, 116-sı işğal olunmuş ərazilərdədir.

• Ukraynanın digər bölgələrində 265 nəfər ölüb, 322 nəfər yaralanıb.

İnsan Haqları Bürosunun məlumatına görə, itkilərin əksəriyyətinə partlayıcı silahlar, o cümlədən ağır artilleriya və çoxsaylı raket hücumları, həmçinin raket və hava zərbələri səbəb olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3066

Oxşar yazılar