Ukraynada həlak olan azərbaycanlıların tam siyahısı məlum olub.
Lent.az həmin şəxslərin adlı siyahısını təqdim edir:
1976-cı il təvəllüdlü Neymət İsmayılov
1966-cı il təvəllüdlü Rəhim İsmayılov
1995-ci il təvəllüdlü Qabil İsmayılov
1997-ci il təvəllüdlü Camal Salmanov
Yuxarıda qeyd olunanlar Odessa vilayətindən təxliyə olunaraq Moldova sərhədinə yaxınlaşanda maşınların atəşə tutulması nəticəsində həlak olublar.
Bundan başqa:
1987-ci il təvəllüdlü Qoşqar Məmmədov Qoşqar - Xarkovda küçədə aldığı güllə yarasından ölüb,
1978-ci il təvəllüdlü Elnur Əmrahov - Çerniqov vilayətində könüllü kimi məktəbdə xəsarət alanlara kömək edərkən partlayışda vəfat edib,
1984-cü il təvəllüdlü Arzu Süleymanov - Çerniqov şəhərində maşının üstünə raket düşməsi nəticəsində həlak olub.
Əlavə edək ki, hələlik təsdiqlənməmiş məlumatlara görə, Ukraynada daha üç azərbaycanlı həlak olub. Bu məlumatlar dəqiqləşdirilir.