Ukraynada  AZƏRBAYCANLI İŞ ADAMI   saxlanıldı
12 mart 2022 19:33 (UTC +04:00)

Ukraynada AZƏRBAYCANLI İŞ ADAMI saxlanıldı

0

Ukrayna Təhlükəsizlik Xidməti Qərbi Ukraynada iş adamı Vaqif Əliyevi saxlayıb. 

Lent.az Ukrayna KİV-nə istinadla bildirir ki, bu barədə Ali Radanın deputatı Aleksandr Dubinski məlumat verib.

Deputatın sözlərinə görə, Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi təyinatlı dəstəsi Əliyevi Zakarpatiyada saxlayıb.

Qeyd olunur ki, Əliyev ukraynalı iş adamı Dmitri Firtaş və “Müxalifət Platforması - Həyat naminə” partiyasından deputat Vadim Stoların şəriki hesab olunur.

Vaqif Əliyev Ukraynada tikinti maqnatı kimi tanınır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4922

Oxşar yazılar