İrpendə ölən mülki vətəndaşların sayı 200 nəfəri ötüb, lakin bu, yekun rəqəm deyil.
Lent.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə şəhərin meri Aleksandr Markuşin məlumat verib
Onun sözlərinə görə, kommunal xidmətlər şəhəri dağıntılardan təmizləyir. Bu zaman küçələrin düz ortasında qalan ölülərin cəsədləri də yığılır və qeydə alınır.
"Hər gün sakinlərimizin cəsədlərini küçələrdən yığırıq. Dağıntılar altında ölənlərin də cəsədləri var, biz onları sökməyə başlayacağıq", - Markuşin bildirib.
Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri və Rusiya ilə danışıqlarda nümayəndə heyətinin üzvü Mixail Podolyak isə avropalı siyasətçilərin Moskvaya qarşı ehtiyatlı mövqeyini sərt tənqid edib.
Siyasətçi Buçada baş verənləri qətliam adlandırıb.
“Bizim avropalı tərəfdaşlarımızın fikrincə, əsas məsələ rusları təxribata çəkməməkdir... Əsas odur ki, ruslar inciməsinlər və istifadə etməsinlər...
Nə istifadə olunmayıb? Raketlər, aviabombalar, tanklar dinc əhalini qırmayıb? Yaşayış məntəqələri bombalanıb, həbs düşərgələrində olduğu kimi kütləvi edamlar edilib. Nəticədə dünya Buça, İrpen, Qostomeldə insanlığa qarşı tam təsvirolunmaz dəhşətlə üzləşib”, - Podolyak yazıb.
“Yüzlərlə, minlərlə Ukrayna vətəndaşı qətlə yetirilmiş, əzilmiş, zorlanmış, əlləri bağlanıb, yenə zorlanmış və öldürülmüşdür. Xüsusi qəddarlıqla öldürülüblər.
Dünənki və bugünkü "Avropa liderləri"nin çox dik və hər şeyi bilənləri, hazırda öz yataqlarında rahatca yatan və doyunca yeyən yüzlərlə avropalı siyasətçilər, sizin Kiyev vilayətində rusların təşkil etdiyi cəhənnmə - XXI əsrin fotoarxivinə diqqətlə baxmaq istəyiniz varmı?”, - Podolyak əlavə edib.
Artıq Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Kiyev vilayətinin Buça, Qostomel, İrpin və digər şəhər və kəndlərində baş verən hadisələrə münasibət bildirib. Diplomatların sözlərinə görə, onlar Rusiya ordusunun vəhşiliklərindən şoka düşüblər.