Ucarda mərkəzi bazarda başlayan yanğın söndürülüb -FOTOLENT  - VİDEO  -YENİLƏNİB
11 avqust 2024 21:22 (UTC +04:00)

Ucarda mərkəzi bazarda başlayan yanğın söndürülüb -FOTOLENT - VİDEO -YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ucar rayonu, 28 may küçəsində yerləşən bazar ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Lent.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar, Ağdaş və Göyçay rayon Yanğından Mühafizə issələrinun qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bazar ərazisində bir-birinə bitişik tikilmiş obyektlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənərək daha böyük sahəyə yayılmasına, o cümlədən yaxınlıqdakı evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 2510kv.m. olan bazar ərazisində bir-birinə bitişik tikilmiş 8 müxtəlif təyinatlı mağazanın yanar konstruksiyaları 270kv.m. sahədə yanıb.

Bazarın böyük hissəsi və yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunub.

***

19:16

Ucarın mərkəzi bazarındakı yanğının söndürülməsinə Ucar, Göycay, Ağdaş rayonlarından yanğınsöndürənlər cəlb olunub.

Lent.az-ın ÀPA-ya istinadən xəbərinə görə, 500 kvadratmetr sahədə olan 8 maqazin və 1 kafe yanıb.

Ölən və xəsarət yoxdur.

Yanğın söndürülüb. Yanğınsöndürənlərin səyi nəticəsində digər tikililər yanğından mühafizə olunub

***

18:34

Ucarda mərkəzi bazar yanır.

Lent.az-ın ÀPA-ya istinadən xəbərinə görə, bu gün saat 18 radələrində bazarda güclü yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1170
avatar

Oxşar yazılar