Ucarda "jiquli" "Mercedes"lə toqquşdu, üç nəfər...   - FOTO
18 iyun 2023 00:32 (UTC +04:00)

Ucarda "jiquli" "Mercedes"lə toqquşdu, üç nəfər... - FOTO

0

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ucar- Zərdab yolunun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Ucar rayonunun Lək kənd sakini Cəfər Allahverdi oğlu Cəfərovun idarə etdiyi “Mercedes" markalı minik maşını ilə rayonun Qarabörk kənd sakini Elşən Əbilhəsən oğlu Hüseynovun idarə etdiyi "VAZ-2107" markalı maşın toqquşub.

Nəticədə "VAZ-2107"nin sürücüsü E. Hüseynov, onun həmkəndlisi, 2007-ci il təvəllüdlü Höcət Ağasəf oğlu Həsənov və qəza anında yol kənarında dayanmış piyada, Ucar rayonunun Boyat kənd sakini, 1943-cü il təvəllüdlü Feyruz Qulam oğlu Abdullayev müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

H. Həsənovun xəsarəti yüngül olduğundan o, ambulator müalicəyə buraxılıb.

Fakt araşdırılır.

Zahid Abışov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2348

Oxşar yazılar