Ucarda eyni ərazidə 2-ci qəza baş verib.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, Bakı-Qazax magistralının rayonun Küçəkənd kəndindən keçən hissəsində 2 ağırtonnajı yük avtomobilinin toqquşduğu ərazidə daha bir yol-nəqliyyat hadisəsi baş verib.
Gəncə istiqamətində hərəkətdə olan mikroavtobus qəza törədən yük avtomobillərinə görə sürəti azaldıb. Arxadan gələn digər iritutumlu avtobus mikroavtobusa çırpılıb. Qəza nəticəsində xəsarət alanlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Qəzada zərərçəkənlər aşağıdakılardır:
Zamin Zamanov Ağabalaoğlu (1982)
Cavid İbrahimov Calal oğlu (1994)
Niftəliyeva Səbinə Bəhlul qızı (1982)
Şirinova Gülgəz Əsgər qızı (1966)
Kərimova Sevda Umud qızı (1984)
Əzizova Kəmalə Ramazan qızı (1987)
İsmayılova Səxavət Məhəmməd qızı (1977)
Cəbrayılov Elturan Məhəmmədəli oğlu (1985)
Qasımova Gülnar Yaşar qızı (1988)
Məmmədov Azad Azər oğlu (1992)
İbrahimova Elnarə Rafael qızı (1978)
Kərimova Xəyalə Həmidiyə qızı (1984)
Fərqanə Rüstəmova Şirxan qızı (1970)
Rüstəmova Sevinc Kamal qızı (1973)
Lətifova Şəfəq Süleyman qızı (1979)
Əlirzayeva Nigar Zahid qızı (1992)
Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaitbəxş olduğundan ambulator müalicəyə göndəriliblər.
Qeyd edək ki, ötən gün saat 20:30 radələrində Bakı-Qazax magistralının Ucar rayonun Küçəkənd kəndindən keçən hissəsində Gəncə istiqamətində hərəkətdə olan 2 yük maşınının toqquşması nəticəsində Türkiyə vətəndaşı, 1956-cı il təvəllüdlü Şahin İlyas Şevket müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, bütün tibbi müdaxilələrə baxmayaraq zərərçəkənin vəziyyəti ağır olaraq qalır.