Ucarda çaqqal   kəndə hücum edib 3 nəfəri   yaraladı
24 aprel 2026 13:15 (UTC +04:00)

Ucarda çaqqal kəndə hücum edib 3 nəfəri yaraladı

0

Ucarda vəhşi heyvan sakinlərə hücum edib, xəsarət alanlar var.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində qeydə alınıb.

Kənd sakini, 72 yaşlı Güləndam Məmmədova həyətində çaqqal hücumuna məruz qalıb. Xəsarət alan G.Məmmədovanın köməyinə gələn qonşusu, 67 yaşlı Musa Həsənov, həyat yoldaşı, 65 yaşlı Fatma Həsənova da xəsarətlər alıb. M. Həsənovun barmağı amputasiya olunub.

Ucar Rayon Mərkəzi Xəstəxanasından APA-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, üç nəfər (bir kişi, iki qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım bölməsinə caqqal dişləməsi diaqnozu ilə daxil olublar. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar