Yararsız ət
23 dekabr 2021 16:04 (UTC +04:00)

Yararsız ət

Ucarda 134 kilo leş ət aşkarlandı

Külli miqdarda yararsız ət satışdan çıxarılıb.

Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a verilən xəbərə görə, daxil olan məlumat əsasında Agentliyin müfəttişləri Ucar rayonunda Daxili İşlər Nazirliyinin rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə Rzayev Elzamin Niyazi oğluna məxsus “Qazel” markalı avtomobilin yük yerinə baxış keçirib. Baxış zamanı avtomobilin yük yerində açıq halda 4 hissəyə bölünmüş, mənşəyi məlum olmayan, ümümi çəkisi 134 kq möhürsüz ət aşkarlanıb.

Orqanoleptik baxış zamanı istehlaka yararsız olmasına əsaslı şübhələr yaranmış ətdən nümunələr götürülərək müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Ümumi çəkisi 129 kq ət isə möhürlənərək saxlanca qoyulub. Araşdırmalar davam edir.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1386
avatar

Oxşar yazılar