Şəhid Saleh Şəfizadə
09 fevral 2021 10:28 (UTC +04:00)

Şəhid Saleh Şəfizadə

Üç aydır komada yatan qazimiz şəhid oldu-FOTO

Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında müalicə alan qazimiz dünən axşam şəhidlik zirvəsinə ucalıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, Vətən Müharibəsi iştirakçısı Şəfizadə Saleh Samir oğlu ötən gün saat 21 radələrində dünyasını dəyişib. O, bu gün saat 10-da Maştağa qəsəbəsindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Qazi S.Şəfizadənin şəhid olamsı faktını Müdafiə Nazirliyinin mətbuat xidməti də Lent.az-a təsdiqləyib. Nazirlikdən bildirilib ki, Vətən Müharibəsi zamanı yaralanmış əsgər Şəfizadə Saleh Samir oğlu ötən il noyabrın 11-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalına qəbul olunub:

"Tibb müəssisinə gətirilərkən o koma vəziyyətində olub. Hərbi həkimlərin səyinə baxmayaraq, S.Şəfizadə bu il fevralın 8-də vəfat edib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!".

# 9507
avatar

Mehman Nəbiyev

Oxşar yazılar