Üç avtomobil toqquşdu: biri aşdı 
12 dekabr 2021 01:08 (UTC +04:00)

Üç avtomobil toqquşdu: biri aşdı 

0

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2107" avtomobili "Chevrolet Cruze"a çırpıldıqdan sonra daha bir "VAZ-2107"yə çırpılıb. Bundan sonra "VAZ-2107" yoldan çıxaraq aşıb.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2739

Oxşar yazılar