Türkiyədən Türkmənistana gedən TIR "Qırmızı Körpü"də  saxlanıldı - ƏMƏLİYYAT
01 oktyabr 2025 17:07 (UTC +04:00)

Türkiyədən Türkmənistana gedən TIR "Qırmızı Körpü"də saxlanıldı - ƏMƏLİYYAT

0

Tovuz Gömrük İdarəsi əməkdaşlarının keçirdiyi kompleks tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib.

Bu barədə Lent.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

İdarənin “Qırmızı Körpü” gömrük postunda Türkiyə Respublikasından Türkmənistan Respublikasına yük aparan nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində gömrük nəzarətindən gizlədilmiş qutularda müxtəlif adda, cəmi 46 624 ədəd dərman vasitəsi və həmin dərman vasitələrinə aid boş qutular aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar