“Dekabrın 18-də axşam radələrində Türkiyənin İqdır şəhərindən İstanbul şəhərinə hərəkət edən sərnişin avtobusu qarlı hava şəraiti ilə əlaqədar Qarsın Sarıqamış qəsəbəsində qəzaya uğrayıb. Həmin avtobusda 21 Azərbaycan vətəndaşı olub”.
Bunu APA-nın Türkiyə bürosuna Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev bildirib.
N.Quliyev deyib ki, qəzada Naxçıvan Muxtar Respublikasının Şəruru rayon sakini 2002-ci il təvəllüdlü Qəmər Niyazova və 1961-ci il təvəllüdlü Fazilə İsmayılova vəfat edib: “Vəfat edənlərlə bağlı hüquqi prosedurlar başa çatdıqdan sonra cənazələr Naxçıvana göndəriləcək”.
Baş konsul deyib ki, avtobusda olan 21 Azərbaycan vətəndaşından 14-ü xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır: “Xəsarət alanlardan 13-ü tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb”.

Türkiyədə qəzada ölənlərin adları açıqlandı-10-dan çox azərbaycanlı xəsarət alıb
Oxşar yazılar
Şəmkirdə zəhərlənən 20 nəfərin vəziyyəti məlum oldu-YENİLƏNİB
21 avqust 2025 , 01:41
Tovuzda bir ailənin 5 üzvü dönərdən zəhərləndi: 3-ü azyaşlıdır
20 avqust 2025 , 23:28
Mingəçevirdə iki maşın toqquşdu
20 avqust 2025 , 22:00
Zərdab sakini həmyerlisini bıçaqladı
20 avqust 2025 , 21:29
Cəlilabadda gənc oğlanın meyiti qohumunun evində tapıldı
20 avqust 2025 , 19:23
Bakıda kişi evinin həyətində ölü tapıldı
20 avqust 2025 , 18:39
Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verildi
20 avqust 2025 , 17:54