Türkiyə Milli İstihbarat Teşkilatı İrana cəsusluq edən şəbəkəni ifşa edib.
Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, saxlanılanlar arasında 2 azərbaycanlı da var.
Onlar Seymur Rzayev və Hikmət Əliyevdir.
Lent.az Türkiyə mediasına istinadən məlumat verir ki, hər iki azərbaycanlı pilotsuz təyyarələrin gizli hazırlanması layihəsində iştirak edib. Onlar gizli məlumatları İran kəşfiyyatına ötürəcəklərmiş.