Türkiyədə zəlzələ olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, yeraltı təkanlar Malatyanın Battalqazi qəsəbəsində qeydə alınıb.
Məlumata görə, 7 kilometr dərinlikdə olan 5.6 ballıq zəlzələ Diyarbəkir, Kahramanmaraş və Adıyamanda da hiss edilib.
Zəlzələ təhlükəsinə görə, şagirdlər məktəblərdən təxliyə olunub.