Türkiyə vətəndaşı Qarabağda  minaya düşdü
14 iyul 2022 17:16 (UTC +04:00)

Türkiyə vətəndaşı Qarabağda minaya düşdü

Xocavənddə mülki şəxs minaya düşüb.

Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, iyulun 14-ü saat 14 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində Türkiyə vətəndaşı 35 yaşlı Yalpiri Yıldırayın minaya düşməsi ilə bağlı məlumat daxil olub.

İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman tikinti şirkətində ekskavator sürücüsü kimi çalışan Yalpiri Yıldırayın minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda faktla bağlı Xocavənd rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1869
avatar

Mehman Nəbiyev

Oxşar yazılar