Turistlər qar uçqunu altında qaldı
09 mart 2022 08:59 (UTC +04:00)

Turistlər qar uçqunu altında qaldı

0

Buryatiyada bir qrup turist dağlıq ərazidə qar uçqunu altında qalıb. Hadisə Okinski rayonunun dağlıq ərazisində baş verib.

Lent.az TASS-a istinadən xəbər verir ki, Mülki Müdafiə və Fövqəladə Hallar üzrə Agentliyi ilkin məlumatlara görə, bir nəfərin həlak olduğunu açıqlayıb.

Dünən yerli vaxtla saat 21:30-da (Moskva vaxtı ilə 16:30) Fövqəladə Hallar Nazirliyinə Puşkin aşırımında qar uçqunun olması barədə məlumat daxil olub.

Xilasedicilərə zəng edən şəxs turist qrupunun bir üzvünün həlak olduğunu bildirib.

Qrupdakı insanların ümumi sayı məlum deyil. Turistlər hələ də dağdadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1815

Oxşar yazılar