Tribuna uçdu,   200-dən çox insan xəsarət aldı
20 mart 2022 21:15 (UTC +04:00)

Tribuna uçdu, 200-dən çox insan xəsarət aldı

0

Hindistanın Kerala ştatında futbol matçında stadionun tribunasının uçması nəticəsində 200-dən çox insan xəsarət alıb.

Lent.az TASS-a istinadən xəbər verir ki, onlardan beşi ağır yaralanıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, insident şənbə günü yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 19:30) Malappuram şəhərində baş verib.
Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin başqa təfərrüatları açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2470

Oxşar yazılar