Tramadol həblər, marixuana, heroin... - 13 NƏFƏR SAXLANILDI  - FOTO
29 yanvar 2022 14:38 (UTC +04:00)

Tramadol həblər, marixuana, heroin... - 13 NƏFƏR SAXLANILDI - FOTO

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Xəyyam Yunusov saxlanılıb.

Həmin şəxsin üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana və 5 ədəd güclü təsirediciliyə malik tramadol həbləri aşkar olunaraq götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Anar Qurbanov, Dadaş Dadaşov və Teyyub Mirzalıyev saxlanılıblar. Həmin şəxslərin üzərinə baxış keçirilən zaman A.Qurbanovun üzərindən narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb. Hər üç şəxs narkotik vasitələri X.Yunusovdan aldıqlarını etiraf ediblər.

Keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Mətləb Məmmədov və Xaçmaz rayon sakini Cəlal Abasov saxlanılıblar. Həmin şəxslərin üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. Araşdırmalar zamanı M.Məmmədovun Elşad Məmmədov adlı şəxsə narkotik vasitə satdığı müəyyən edilib. E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Bundan başqa polis əməkdaşları tərəfindən keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Sakit Məmmədov, Elnur Bayramov, Kamran Bayramov, Niyaməddin Babayev, Səbuhi Talıbov və Mehrac Hacıyev saxlanılıblar. Həmin şəxsin üzərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1755
avatar

Oxşar yazılar