Fevralın 4-də saat 1 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Füzuli rayon sakini A.Şirinova idarə etdiyi “Toyota” markalı avtomobili qarşıda gedən Xaçmaz rayon sakini S.Mövlanovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nəticədə A.Şirinova aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Xəzər rayon Polis İdarəsində raşdırma aparılır.