Vilayət Eyvazov
31 avqust 2021 17:01 (UTC +04:00)

Vilayət Eyvazov

Toylara görə cəzalandırılan polis rəisinin yerinə yeni TƏYİNAT

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Cəlilabad rayon Polis Şöbəsinə yeni rəis təyin edib.

Lent.az-ın məlumatına görə, nazirin əmrilə Samux rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Polad Qarayev vəzifəsindən azad olunaraq Cəlilabad rayon Polis Şöbəsinin rəisi vəzifəsinə gətirilib.

Qeyd edək ki, Cəlilabad rayon Polis Şöbəsinın rəisi, polis polkovniki Mübariz Quliyev bir müddət öncə rayon ərazisində karantin qaydalarının pozulmasına göz yumduğu üçün vəzifəsindən uzaqlaşdırılmışdı.

Nazirin digər əmri ilə Sabunçu rayon Polis İdarəsinin rəisi Eldar İlyasov vəzifəsindən azad edilərək, Qusar rayon Polis Şöbəsinin, Səbail rayon Polis İdarəsinin rəisi Cavid Muradov isə Sabunçu rayon Polis İdarəsinin rəisi təyin ediliblər.

Mübariz Quliyev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9489
avatar

Oxşar yazılar