Toydan qayıdanlar qəzaya düşdü – 1ÖLÜ, 1 YARALI  -FOTO
13 mart 2022 23:41 (UTC +04:00)

Toydan qayıdanlar qəzaya düşdü – 1ÖLÜ, 1 YARALI -FOTO

0

Lənkəranda minik avtomobilinin ağaca çırpılması ölümlə nəticələnib

Lent.az-ın APA-ya istinada xəbərinə görə, qəza axşam saatlarında Separadi kəndində baş verib. 99-BJ-103 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobil yoldan çıxaraq irigövdəli şam ağacına çırpılıb. Nəticədə avtomobildəki Göyçay rayon sakinləri, 2002-ci il təvəllüdlü Elmir Qurbanov və 2004-cü il təvəllüdlü Cavid Salahlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. E.Qurbanov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. C.Salahlı isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, qəzaya düşənlər tələbə yoldaşlarının toyunda iştirak etmək üçün rayonun Zövlə kəndinə gəlmişdilər.

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3839

Oxşar yazılar