Toydan gələnlər qəzaya düşdü: 5 YARALI
16 oktyabr 2023 01:40 (UTC +04:00)

Toydan gələnlər qəzaya düşdü: 5 YARALI

1

Saatlıda toydan qayıdan ailələr avtomobil qəzasına düşüb, 5 nəfər xəsarət alıb

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Saatlı rayonunun Orta Muğan kəndində qeydə alınıb. “KİA Sorento” markalı avtomobilin aşması nəticəsində avtomobildə olan 5 nəfər-Saatlı rayonunun Orta Muğan kənd sakinləri, 2009-cu il təvəllüdlü Şərbətov Turqut Sahil oğlu, 1986-cı il təvəllüdlü Şərbətov Sahil Tahir oğlu,  Seyidov Samir Mirhəşim oğlu, 2009-cu il təvəllüdlü Yusifzadə Xədicə Fuad qızı, 1985-ci il təvəllüdlü Yusifov Fuad İsmayıl oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirlib.
Avtomobildə xəsarət alan hər  2 azyaşlı əməliyyat olunub. 

Faktla bağlı araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 3895

Oxşar yazılar