Toydan çıxan ər-arvadı  maşın vurdu
26 dekabr 2023 08:04 (UTC +04:00)

Toydan çıxan ər-arvadı maşın vurdu

0

Bakının Nizami rayonunda yol qəzası zamanı iki nəfər ağır xəsarət alıb.

Lent.az xəbər verir ki, hadisə Mehdi Abbasov küçəsində baş verib.

Şadlıq sarayından çıxaraq əks tərəfə keçmək istəyən 1969-cu il təvəllüdlü, Heydərov Mirəziz Ramiz oğlu və onun həyat yoldaşı, 1973-cü il təvəllüdlü Heydərova Sevinc Nadir qızını minik avtomobili vurub.

Yaralılar ağır vəziyyətdə özəl xəstəxanların birinə yerləşdirilib.

M.Heydərovun sağ baldır və sol bazu sümüyü sınıb.

S.Heydərovaya qapalı kəllə-beyin travması və qabırğaların sınığı diaqnozu qoyulub.

Fakt üzrə Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan Əli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5147

Oxşar yazılar