Qaraçay-Çerkes Respublikasında toy gəlinlə rəqsi səbəbiylə bir qonağın öldürülməsi ilə sona çatıb.
Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, mərasimdə bir neçə kişi qızla rəqs etmək istəyib.
Nəticədə aralarında atışma baş verən dava düşüb. Qonaqlardan biri sinəsindən yaralanıb. Zərərçəkən özünə gəlmədən Çerkessk xəstəxanasında dünyasını dəyişib.
31 yaşlı Aslan Utaqanov və 32 yaşlı Samvel Kirakosyan qətldə şübhəli bilinirlər. Hadisədən sonra ağ rəngli “Porsche Cayenne” ilə oradan gediblər.