Yevlaxda toy məclisi
11 aprel 2021 10:29 (UTC +04:00)

Yevlaxda toy məclisi

Toy məclisində iştirak edənlər cərimələndi-FOTO

0

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Kövər kənd sakini  Mətləb Qasımov yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına toy məclisi təşkil etdiyi müəyyən edilib.

Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 10 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3691

Oxşar yazılar