Tovuzda baş verən zəhərlənmə ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Lent.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.
Qeyd olunub ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
***
17:09
Tovuzda zəhərlənmə baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonda yerləşən Tovuz Peşə Təhsil mərkəzində qeydə alınıb.
Təhsil mərkəzinin 8 tələbəsi zəhərlənmə diaqonuzu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, tələbələr tortdan zəhərlənib.