Tovuzda su arxının kənarından meyit tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, Tovuz rayon Polis Şöbəsinə rayonun Eyyublu kəndindəki su arxının kənarında kişi meyiti olması barədə məlumat daxil olub:
"Dərhal Tovuz rayon Polis Şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində meyitin kənd sakini, 35 yaşlı Zaur Əliyev olması müəyyən olunub.
Üzərində gözlə görünən zorakılıq əlamətləri görünməyən cəsəd müvafiq ekspertizaya təqdim edilib, araşdırmalar davam etdirilir".