Tovuzda avtomobil piyadanı vurub.
Lent.az xəbər verir ki, hadisə Xatınlı-Əlimərdanlı avtomobil yolunda qeydə alınıb.
Əliyev Nuran Fikrət oğlu idarə etdiyi “Opel Astra” markalı avtomobillə piyada 85 yaşlı Musayev Qiyas Hüseyn oğlunu vurub. Kişi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb.