"Torqovu"dakı məşhur "MOJO klub"da YOXLAMA:  - VİDEO
27 noyabr 2021 16:14 (UTC +04:00)

"Torqovu"dakı məşhur "MOJO klub"da YOXLAMA: - VİDEO

Bakıda polis məşhur şadlıq sarayları və restoranlarda karantin qaydalarına nəzarətlə bağlı reyd keçirib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, noyabrın 26-da polis əməkdaşları tərəfindən Bakı şəhərində 311 şadlıq sarayı, restoran və digər iaşə obyektlərində xüsusi karantin rejiminin tələblərinə riayət olunması vəziyyətinin yoxlanılması məqsədi ilə nəzarət-profilaktik tədbirlər keçirilib.

Nəticədə bir neçə obyektdə, o cümlədən Səbail rayonunda “Mojo” gecə klubu, “Vinice Pub” restoranı, Nizami rayonunda “Ay İşığı” və “Grand Neon” şadlıq sarayları, Nərimanov rayonunda isə “Kaştan” çay evində karantin qaydalarının pozulması halları aşkar edilib.

Adları çəkilən obyektlərin icarədarları və karantin qaydalarına nəzarət etməli olan məsul əməkdaşları barədə inzibati protokollar tərtib olunub.

Paytaxt Bakı və bölgələrdə karantin qaydalarının pozulması hallarına qarşı polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Bakıda karantinlə bağlı reydlər keçirildi

# 3162
avatar

Mehman Nəbiyev

Oxşar yazılar