Fərid İsmayılzadə
17 yanvar 2025 18:46 (UTC +04:00)

Fərid İsmayılzadə

Fərid İsmayılzadə “Toplum TV işi” ilə bağlı həbs edildi - YENİLƏNİB

Məhkəmə "Toplum TV" işi üzrə saxlanılan jurnalist Fərid İsmayılzadə ilə bağlı qərar verib.

Lent.az xəbər verir ki, onunla bağlı qətimkan tədbirinin dəyişdirilməsi barədə istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.

Təqdimata Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə baxılıb.

Məhkəmənin qərarı ilə Fərid İsmayılzadə barəsində 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

***

saat 17:53

“Toplum TV işi” ilə bağlı daha bir nəfər saxlanılıb.

Lent.az xəbər verir ki, həmin işlə bağlı saxlanılan Fərid İsmayılzadənin evində axtarış aparılıb.

Hazırda Xətai Rayon Məhkəməsində Fərid İsmayılzadə ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılır.

"Toplum TV"nin başqa bir əməkdaşı Elmir Abbasovun da bu gün Bakı Şəhər Baş Polis İdarəsinə çağırıldığı bildirilir.

Qeyd edək ki, bu gün “Toplum TV işi” üzrə istintaqın yekunlaşması barədə xəbər yayılıb. İş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə ittihamlar irəli sürülüb.

Xatırladaq ki, ötən ilin martında “Toplum TV”nin ofisində axtarış aparılıb.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu Y. V. Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.

Daha sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsində "Toplum TV"nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1068
avatar

Oxşar yazılar