Bütün dünya bu adanı fəth etməyə çalışır  - SƏBƏB
17 yanvar 2025 15:27 (UTC +04:00)

Bütün dünya bu adanı fəth etməyə çalışır - SƏBƏB

Qrenlandiya parlamentinin üzvü, parlamentdəki ən böyük müxalifət partiyası olan Nalerakanın sədri və adanın keçmiş xarici işlər naziri Pele Broberq bildirib ki, bütün dünya Qrenlandiyanı təbii sərvətlərindən istifadə etmək ümidi ilə fəth etməyə çalışır.

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, deputat deyib ki, hər kəsə Qrenlandiya lazımdır:

“Avropa Birliyi cazibədar hücuma keçdi, ABŞ da həmçinin. Aİ də burada nümayəndəliyini açır. Hamı Qrenlandiyanı fəth etməyə çalışır”. O qeyd edib ki, heç kim ada sakinlərindən özlərinin nə istədiklərini soruşmur.

Onun sözlərinə görə, onları inandırmağa çalışırlar ki, onlar öz təbii sərvətlərindən istifadə etmirlər, deməli, bunu başqası etməlidir. Broberq deyib ki, inuitlər və qrenlandiyalılar təbiətə hörmət edirlər və buna görə də mədənçiliklə məşğul olmurlar, yalnız ovçuluq və balıqçılıqla məşğul olurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 969
avatar

Oxşar yazılar