Ögey qardaşı ilə  evlənən aktrisa   uşaq dünyaya gətirdi
17 yanvar 2025 19:59 (UTC +04:00)

Ögey qardaşı ilə evlənən aktrisa uşaq dünyaya gətirdi

Ögey qardaşı ilə evlənən avstraliyalı aktrisa qız övladı valideyni olduqlarını açıqlayıb.

Skarlet Vas və sevgilisi Tae Riççi bir-birinə aşiq olduqdan sonra ögey qardaş və ögey bacı olublar.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, 29 yaşlı Vas və 27 yaşlı Riççi əvvəlcə yeniyetmə yaşlarında tanış olublar, sonra isə böyüklər kimi görüşməyə başlayıblar. Onlar 2023-cü ilin sentyabrında, valideynləri nikahlandıqdan qısa müddət sonra evləndilər.

Vas və Riççi onların sevgi hekayəsinin qeyri-ənənəvi olduğunu başa düşür, lakin onlar heç bir tənqidə məruz qalmırlar.

Skarlet 2024-cü ilin noyabrında news.com.au-ya açıqlamasında deyib: "Düzünü desəm, bu bizə təsir etmir, çünki bir-birimiz üçün yaranmışıq. Biz ilk dəfə ortaq dostlar vasitəsilə tanış olanda təxminən 13 yaşında idik. Ailələrimiz bir-birini dost kimi tanıyırdılar və onlar bizi tanı. ediblər”.

Cütlük 2023-cü il sentyabrın 9-da Yunanıstanın Mikonos adasında evlənib. Bir il sonra sevgililər hamilə olduqlarını elan ediblər və dekabrda Vas bir qız dünyaya gətirib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1374
avatar

Oxşar yazılar