Dalyan Tibb Universitetindən olan çinli alimlərdən ibarət bir qrup araşdırma aparıb və məlum olub ki, orta səviyyədə pivə istehlakı bağırsaq sağlamlığına və daha güclü immunitet sisteminə müsbət təsir göstərə bilər.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, polifenollar, lif və pivənin digər komponentləri bağırsaq mikrobiomunun tərkibini yaxşılaşdıraraq faydalı bağırsaq bakteriyalarının böyüməsini təşviq edə bilər.
Alimlər qeyd ediblər ki, pivə köhnə fermentləşdirilmiş içki kimi amin turşuları, vitaminlər, mikroelementlər və orqanizmin fizioloji funksiyalarına müsbət təsir göstərən digər maddələrlə zəngindir.
Səməni və serbetçiotunun tərkibində olan polifenollar bağırsaq mikrobiomu ilə qarşılıqlı əlaqədə mühüm rol oynayır. Onlar pivə substratlarının çevrilməsində, bioloji aktiv məhsulların formalaşmasında iştirak edir və bağırsaqlarda mikroorqanizmlərin tərkibinə təsir göstərirlər. Pivənin bəzi komponentləri probiyotiklərdən daha güclü təsir göstərə bilər.
Tədqiqatçılar həmçinin hesab edirlər ki, alkoqolun bağırsaq mikrobiomuna təsirinin, xüsusən təhlükəsiz istehlak kontekstində əlavə öyrənilməsinə ehtiyac var. Onlar vurğulayırlar ki, pivənin faydaları yalnız orta dərəcədə spirt istehlakı ilə bağlıdır.

Pivədə unikal müalicəvi xüsusiyyəti tapıldı - ARAŞDIRMA
Oxşar yazılar

Sizi günəşdə qaralmaqdan əbədi imtina etməyə inandıracaq 5 səbəb
9 iyul 2025 , 17:39
Gecə işığına məruz qalma ürək-damar xəstəliyi riskini artırır
9 iyul 2025 , 06:40
Alimlər peyvəndi olmayan iki ölümcül virusu zərərsizləşdirdi
8 iyul 2025 , 16:36
Yeməkdən dərhal sonra qəhvə içmək olmaz - SƏBƏBİ
8 iyul 2025 , 12:21
Həkimlər 10 ildir tapa bilmmirdilər: ChatGPT nadir xəstəliyin diaqnozunu qoydu
8 iyul 2025 , 02:52
Tərəvəzləri bostandan yığıb yumadan yemək olar?
7 iyul 2025 , 14:41
Kişilər üçün ən kritik yaş AÇIQLANDI: Ehtiyatlı olun
7 iyul 2025 , 11:41